İspaniya millisinin sabiq hücumçusu Alvaro Negredo futbolla vidalaşıb
Bakı, 6 mart, Tsport.az
İspaniya millisinin keçmiş hücumçusu Alvaro Negredo peşəkar karyerasını başa vurub.
Tspot.az xəbər verir ki, 39 yaşlı futbolçu uzun illər ərzində “Sevilla”, “Kadis”, “Almeriya”, “Valensiya” (İspaniya), “Manchester City”, “Midlsbro” (İngiltərə) və “Beşiktaş” (Türkiyə) klublarında çıxış edib. Onun sonuncu komandası isə La Liqa təmsilçisi “Valyadolid” olub.
Təcrübəli hücumçu “Manchester City”-nin heyətində 2013/2014 mövsümündə həm İngiltərə çempionu, həm də Liqa Kubokunun qalibi olub.
İspaniya millisinin formasını 21 dəfə geyinən Negredo, bu matçlarda 10 qol vurub və 2012-ci ildə milli komanda ilə Avropa çempionluğunu qazanıb.