Dünya Futbolu

İspaniya millisinin sabiq üzvü klubsuz qaldı

Bakı, 22 iyun , Tsport.az 

İspaniya millisinin sabiq üzvü İker Munyain karyerasında yeni mərhələyə qədəm qoyur. 32 yaşlı yarımmüdafiəçi Argentinanın “San-Lorenso” klubu ilə yollarını ayırıb. Klubun rəsmi açıqlamasına əsasən, futbolçunun müqaviləsi başa çatıb və yenilənməyib.

Tsport.az xəbər verir ki, 2024-cü ilin yayında “San-Lorenso”ya qoşulan Munyain bu müddət ərzində 26 oyunda meydana çıxıb, 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda klubsuz olan təcrübəli futbolçunun növbəti ünvanı hələlik məlum deyil. Maraqlıdır, Munyain Avropaya dönüş edəcək, yoxsa karyerasını başqa qitədə davam etdirəcək? Gözləyək, görək.