İspaniyada Arda Güler yenidən gündəm oldu!
Bakı, 20 avqust , Tsport.az
“Real Madrid”-“Osasuna”matçından sonra Türkiyə millisinin futbolçusu Arda Güler tənqidlərin hədəfinə çevrildi.
Tsport.az xəbər verir ki ,İspaniya La Liqasının ilk turunda “Real Madrid “və “Osasuna”, Santiago Bernabeu Stadionunda qarşılaşdı. Arda Güler oyuna ilk 11 də başladı.
İlk yarısı qolsuz başa çatan görüşün ikinci hissəsinə ev sahibi komanda sürətli başladı. 51-ci dəqiqədə qazanılan penalti zərbəsini Kylian Mbappe yerinə yetirdi və komandasını 1-0 önə keçirdi.
90-cı dəqiqədə Arda Güler yerini Dani Ceballosa verdi. Görüşdə başqa qol olmadı və “Real Madrid”mövsümə üç xalla başladı.
Xabi Alonsodan Arda Güler şərhi:
“Real Madrid”in baş məşqçisi Xabi Alonso oyundan sonra Arda Güler barədə bunları dedi:
“Bura gəldiyimizdən bəri Arda bir addım önə çıxdı. Təkcə keyfiyyət baxımından deyil, həm də mövqe anlayışı və oyuna qoşulma tərzi ilə də… İlk hissədə çox yaxşı başladı, topları geri qazandı… Ardanın önəmli bir oyunçu olması üçün ona daim şans verməliyik və o, bunu bacarır.”
“Arda ortadan itdi”:
Fanatikin xəbərinə görə, İspaniyanın yüksək tirajlı qəzetlərindən AS isə Arda Gülerin çıxışını belə tənqid edib:
“Bernabéu’dakı bu ilk liqa matçında oyunun qurulmasında və ağların hücumlarını başladan oyunçu rolunu oynadıqdan sonra, türk futbolçu ortadan itdi. Bəlkə də fiziki cəhətdən, bəlkə də ilk hissədə hücumun hərəkət tempinə görə, performansı getdikcə düşdü. Buna baxmayaraq, sol ayağı ilə qola çox yaxınlaşdı.”
Arda Gülerin meydanda olması, xüsusən də ilk 11-də başlaması, ispaniyalı sosial media istifadəçilərinin əsas müzakirə mövzusu oldu. Bir” Real Madrid”azarkeşi isə belə paylaşım etdi:
“Arda Gülerin ilk 11-də forma geyindiyini görə biləcək qədər uzun yaşadığıma inana bilmirəm.”
Aytac Mustafayeva