Dünya Futbolu

İspaniyadan  iddia! Lucas Vazquez və Kerem Aktürkoğlu…

Bakı, 20 iyul , Tsport.az 

İspaniya nəhəngi ”Real Madrid” ilə müqaviləsi başa çatan və azad agent statusu qazanan Lucas Vazquezin adı “Beşiktaş”la hallanır. İspaniyanın aparıcı idman qəzetlərindən olan “AS”ın xəbərinə görə, “qara-ağlılar” 33 yaşlı təcrübəli sağ cinah müdafiəçisini heyətinə qatmaq üçün hərəkətə keçib.

Tsport.az xəbər verir ki,Xəbərdə qeyd olunur ki, “Beşiktaş”ın prezidenti Serdar Adalı bu transfer prosesini şəxsən yaxından izləyir. Futbolçu ilə ilkin təmas qurulub və İstanbulda forma geyinmək fikri ona çatdırılıb. Lucas Vazquezin “Beşiktaş”dan gələn təklifi ailəsi və meneceri ilə birlikdə dəyərləndirdiyi bildirilir.

Osayi və Walker-Peters alınmadı, istiqamət Vazquezə yönəldi

“Beşiktaş” rəhbərliyi sağ cinah müdafiəsi üçün əvvəllər Osayi-Samuel və Kyle Walker-Peters ilə prinsipial razılaşmaya yaxınlaşmışdı. Lakin hər iki futbolçunun transferində müxtəlif səbəblərlə geri addım atıldıqdan sonra yönüm Lucas Vazquezə çevrilib.

“Real Madrid” akademiyasından yetişmiş və illərdir həm hücum, həm də müdafiə xəttində çıxış edən ispan futbolçu, azad agent olduğu üçün transferi üçün təzminat ödənilməyəcək.

Kerem Aktürkoğlu da siyahıdadır!

“AS “qəzetinin məlumatına görə, “Beşiktaş”ın gündəmindəki digər futbolçu isə milli oyunçu Kerem Aktürkoğludur. Ötən yay “Galatasaray”dan 14 milyon avro qarşılığında “Benfica”ya transfer olunan Keremin, baş məşqçi Bruno Lage ilə yaşadığı problemlər səbəbilə komandadan ayrılmaq istədiyi iddia olunur. “Qara-ağlılar” onun Portuqaliya klubundakı durumunu yaxından izləyir.

“Beşiktaş” rəhbərliyi, həm təcrübəli, həm də yerli oyunçu rotasiyasını gücləndirəcək transferləri qısa müddətdə tamamlamağı planlaşdırır.