İspanlar xəbər verdi! Cristiano Ronaldo imza atır
Bakı, 16 aprel, Tsport.az
Karyerasını Səudiyyə Ərəbistanı Pro Liqa komandalarından “Al-Nassr”də davam etdirən Cristiano Ronaldonun gələcəyi bəlli olub.
Tsport.az xəbər verir ki ,Mövsüm sonunda “Al-Nassr” ilə müqaviləsi başa çatacaq 40 yaşlı portuqaliyalı ulduz qərarını verib.
Marcanın xəbərinə görə, Cristiano Ronaldo “Al-Nassr” ilə 2 illik yeni müqavilə mövzusunda anlaşma əldə edib.
Xəbərin davamında qeyd olunur ki, 2026 Dünya Çempionatında iştirak etmək və 1000 qola çatmaq (hazırda 934) istəyən Cristiano Ronaldonun bu hədəflərinə çatmaq üçün Səudiyyə Ərəbistanında qalmağa qərar verdiyi vurğulanıb.
Maaşı 200 milyon avro
Cristiano Ronaldo hazırda Al-Nassr-dan illik 200 milyon avro qazanır. Portuqaliyalı ulduz bu məbləğlə dünyanın ən çox qazanan futbolçusu hesab olunur.
Bu mövsümdəki çıxışı
Bu mövsüm bütün turnirlərdə 35 oyuna çıxan Cristiano Ronaldo 32 qol və 4 assistlik performans sərgiləyib.
Aytac Mustafayeva