“İstər- istəməz meydana məqsədli çıxanda ,döyüşmək üçün çıxanda nəticə özü gəlir.”- Səbuhi Abdullazadə
Bakı, 20 avqust , Tsport.az
Bu sözləri 17 avqust Misli Premyer Liqasının I turunda” Sumqayıt”ın 3:0 hesabı ilə “Kəpəz“i məğlub etdiyi matçından sonra Səbuhi Abdullazadə deyib.
Oyunla bağlı fikirləriniz?
-Doğma azarkeşlər qarşısında meydana qələbə üçün çıxmışdıq.
Oyundan qabaq böyük bir hesaba köklənmişdiniz?
-Oyundan qabaq böyük bir hesaba köklənməmişdik, sadəcə döyüşməyə qələbə qazanmağa kökləmişdik. İstər istəməz meydana məqsədli çıxanda ,döyüşmək üçün çıxanda nəticə özü gəlir.
Ara transferdə adınız bir çox klubla hallandı.Bu haqda fikirləriniz.
-Transferdə təkliflər olan da var idi olmayan da sadəcə seçimim “Sumqayıt”komandasında qaldım.
Yeni mövsüm üçün “Sumqayıt”da həfəfləriniz?
-İnşallah ki, keçən sezonu unutdurmağa çalışacağıq. Yəni iki il öncəki nəticəni təkrarlamağa çalışacağıq. Avrokubokları, inşallah bu bizdə alınar, yəni ora üçün vuruşacağıq.
Növbəti oyununuz “Qarabağ”ladır.Həmçinin “Qarabağ”oyundan 3 gün əvvəl səfərdən qayıdacaq bu oyuna təsir edəcəkmi?
-İnanmıram çox təsir eləyə.Çünki biz bundan əvvəl də “Qarabağ”a qarşı elə liqa oyunlarda meydana çıxmışıq. “Qarabağ “
avroliqadan avrokuboklardan gəlib bizə qarşı oynayıb nə də olsa, “Qarabağ” ölkədə birinci komandadır.Sözsüz ki,daha güclüdür.İstər-istəməz çətin olacaq bizim üçün.Amma biz heç vaxt heç bir oyuna məğlubiyyət üçün çıxmırıq.
Aytac Mustafayeva