Dünya Futbolu

İtaliya klubu özbəkistanlı futbolçusu ilə razılığa gəlib

Bakı, 9 aprel, Tsport.az

İtaliyanın “Roma” klubu, özbəkistanlı hücumçusu Eldor Şomurodov ilə müqaviləsini uzatmaq üçün razılığa gəlib.

Tsport.az xarici mediaya istinadən xəbər verir ki, 29 yaşlı oyunçu, yeni müqaviləsinin 1 illik olacağını və maaşının azaldılmasına razı olduğunu bildirib.

Şomurodov bu mövsüm “Roma” heyətində 30 matçda 6 qol vurub. O, 2021-ci ildə “Genoa”dan ayrılaraq “Roma”ya transfer olmuşdu.