Dünya Futbolu

İtaliya yığmasında gözlənilmaz itki baş verib

Bakı, 19 mart, Tsport.az

İtaliya futbol yığması, Almaniya ilə keçirəcəyi UEFA Millətlər Liqasının qarşılaşmalarından əvvəl kadr dəyişiklikləri ilə üzləşib.

Tsport.az xəbər verir ki, komandanın mətbuat xidməti, “Atalanta” klubundan milliyə dəvət almış Mateo Reteguinin zədələndiyini və düşərgəni tərk etdiyini açıqlayıb. O, əzələsindəki problem səbəbindən komandadan ayrılmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, İtaliya millisi martın 20-də evdə, üç gün sonra isə səfərdə Almaniya ilə qarşılaşacaq.