Dünya Futbolu

İtaliyada böyük derbiyə hadisələr damğa vurdu! 13 polis yaralandı.

Bakı, 14 aprel, Tsport.az

İtaliya Birinci Futbol Liqasında dünən keçirilən və 1-1 hesabı ilə başa çatan LazioRoma derbisindən öncə baş verən hadisələr zamanı 13 polis əməkdaşının xəsarət aldığı bildirilib.

Tsport.az xəbər verir ki ,UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan iki rəqibin 32-ci tur qarşılaşması 1-1 hesabı ilə nəticələnib. Ancaq oyundan öncə stadion ətrafında baş verən olaylar İtaliyada gündəm olub.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, qarşılaşmadan əvvəl təxminən 500 nəfərlik “Roma” azarkeşi “Lazio “fanatlarının olduğu əraziyə getmək istəyib. Laziolular da “Roma “tərəfdarlarının yerləşdiyi yerə yönəlmək istədikdə, təhlükəsizlik qüvvələri tərəflərin qarşı-qarşıya gəlməsinin qarşısını alıb.

Bu zaman bir qrup “Lazio”azarkeşi polis ilə qarşıdurmaya girdi. Polis, gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edərkən, bəzi azarkeşlər təhlükəsizlik qüvvələrinə şüşə, fişəng və ətrafdakı restoranın stullarını atıblar. Hadisələr zamanı 13 polis əməkdaşının xəsarət aldığı bildirilib.

Aytac Mustafayeva