Dünya Futbolu

İthan Nwaneri “Arsenal”la uzunmüddətli müqavilə bağlayır

Bakı, 19 iyul , Tsport.az 

Arsenal” gənc istedad İthan Nwaneri ilə yeni müqavilə imzalamağa hazırlaşır. Məşhur insayder Fabrizio Romano öz sosial media hesabında London klubunun 18 yaşlı hücumameyilli yarımmüdafiəçiyə 2030-cu ilin iyun ayına qədər sözləşmə təklif etdiyini bildirib.

Tsport.az xəbər verir ki, futbolçu bu təklifi qəbul edib və tərəflər razılığa gəliblər. Nwaneri “Arsenal” akademiyasının yetirməsidir. Gənc yaşına baxmayaraq, artıq əsas komandada 39 oyunda iştirak edib, 9 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Klub rəhbərliyi onun inkişafına böyük ümid bəsləyir və bu yeni müqavilə gənc futbolçunun karyerası üçün vacib addım sayılır.