Dünya Futbolu

İvan Perisic “PSV” ilə müqaviləsini uzadıb

Bakı, 28 iyun , Tsport.az 

PSV Eindhovenİvan Perisicin müqaviləsinin 2027-ci ilə qədər uzadıldığını açıqlayıb.

Tsport.az xəbər verir ki, Hollandiyanın Birinci Futbol Liqasında (Eredivisie) çıxış edən “PSV Eindhoven” klubu 36 yaşlı xorvatiyalı futbolçu İvan Perisiclə müqaviləni uzadıb. Klub xorvatiyalı futbolçu ilə 2 illik yeni müqavilə imzaladığını açıqlayıb.

Ötən mövsüm “PSV Eindhoven”in heyətində 39 matçda meydana çıxan 36 yaşlı futbolçu 16 qola imza atıb. Xorvatiya millisində 144 oyuna çıxan futbolçu 36 qola imza atıb.