Digər

Jannik Sinner gənc idmançılar üçün xeyriyyə fondu yaratdı

Bakı, 28 aprel, Tsport.az

ATP reytinqinin lideri Yannik Sinner, şəxsi adına fond təsis edib.

Tsport.az xəbər verir ki, fondun əsas məqsədi idmanla məşğul olan uşaqlara təhsil və idman imkanları baxımından dəstək göstərməkdir.

Sinner, fondun rəsmi saytında bildirib ki, təşəbbüs, məktəb proqramları, yerli icma layihələri və idman təşkilatlarına yardım yolu ilə uşaqların inkişafını dəstəkləməyi hədəfləyir.

Qeyd edək ki, italiyalı tennisçi 2024-cü ildə antidopinq qaydalarını pozduğu üçün 3 ay müddətinə diskvalifikasiya olunmuşdu.