Dünya Futbolu

Jedson Fernandeş “Spartak”a transfer oldu

Bakı, 30 iyul, Tsport.az

“Beşiktaş” klubu yarımmüdafiəçisi Jedson Fernandeşin Moskva “Spartak”ına transferindən 27 milyon avro gəlir əldə edib. Daha əvvəl bu transferin 25 milyon avroya baş tutacağı bildirilmişdi.

Tsport.az xəbər verir ki, 26 yaşlı Jedson Fernandeş ötən mövsüm “Beşiktaş”ın heyətində uğurlu performans göstərib. O, keçirdiyi 49 matçda 12 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun bazar dəyərini 18 milyon avro qiymətləndirirdi.

Bu transferlə “Beşiktaş” maliyyə baxımından əhəmiyyətli bir qazanc əldə etmiş oldu.