Dünya Futbolu

Jeremie Frimpong “Liverpool”a çox yaxın

Bakı, 17 may, Tsport.az

“Bayer 04 Leverkusen”in sağ cinah müdafiəçisi Jeremie Frimpongun “Liverpool”a keçidi artıq yekunlaşmaq üzrədir.

Tsport.az xəbər verir ki, tərəflər şəxsi müqavilənin şərtləri üzrə demək olar ki, tam razılığa gəlib. Frimpongun müqaviləsindəki 35–40 milyon avroluq sərbəstqalma bəndi ilə bağlı da heç bir problem yaşanmayıb.

“Liverpool” klubu artıq bu həftənin əvvəlindən “Bayer” rəhbərliyi ilə birbaşa danışıqlara başlayıb və hazırda ödəmə planı və mərhələləri müzakirə edilir.

Qeyd edək ki, Niderland millisinin 23 yaşlı üzvü bu mövsüm 48 oyunda 5 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.