Jeremie Frimpong “Liverpool”a keçir
Bakı, 13 may, Tsport.az
Liverpool Frimpongla razılığa gəldi – Alexander-Arnoldun əvəzləyicisi hazırdır.
Tsport.az xəbər verir ki, “Liverpool” Jeremie Frimpongla prinsipial razılıq əldə edib. Müqavilənin 2030-cu ilə qədər qüvvədə olacağı bildirilir.
Mersisayd klubu yay transfer pəncərəsində “Bayer Leverkusen”ə müdafiəçinin 40 milyon avro dəyərindəki sərbəstqalma maddəsini ödəyərək, 24 yaşlı oyunçunu heyətinə qatmağı planlaşdırır.
Frimpongun “Real Madrid”ə keçəcəyi gözlənilən Trent Alexander-Arnoldun yerinə əsas namizəd olduğu vurğulanır.