Joachim Löw Özbəkistan millisinin baş məşqçisi olmaqdan imtina etdi
Bakı, 13 avqust, Tsport.az
Almaniyalı mütəxəssis Joachim Löw Özbəkistan milli komandasının baş məşqçisi postunu qəbul etməyib.
Tsport.az xəbər verir ki, Löw ilə Özbəkistan Futbol Assosiasiyasının nümayəndələri arasında danışıqlar bu ölkənin Berlindəki səfirliyinin vasitəsilə aparılıb. Lakin bir neçə günlük müzakirələrdən sonra 65 yaşlı çalışdırıcı təklifi rədd edib.
Qeyd edək ki, Joachim Löw-ün son iş yeri 2006–2021-ci illərdə rəhbərlik etdiyi Almaniya yığması olub. Bundan əvvəl o, millidə iki il ərzində Jürgen Klinsmann-ın köməkçisi kimi çalışıb. Löw-un rəhbərliyi altında Almaniya millisi 2014-cü il dünya çempionatının və 2017-ci il Konfederasiyalar Kubokunun qalibi olub.