Job Bellingham karyerasını “Borussia Dortmund”da davam etdirəcək
Bakı, 3 iyun, Tsport.az
Sunderlandin 19 yaşlı yarımmüdafiəçisi karyerasını “Borussia Dortmund”da davam etdirmək qərarına gəlib.
Tsport.az xəbər verir ki, gənc futbolçunun transfer qiyməti təxminən 30 milyon avro dəyərindədir. Job, 2020-2023-cü illərdə Dortmundda çıxış etmiş və hazırda “Real Madrid”də oynayan Jude Bellinghamin kiçik qardaşıdır.
2024/25 mövsümündə Job Bellingham “Sunderland”lə bütün yarışlarda 43 matça çıxıb, 4 qol vurub və 3 assist edib.