Dünya Futbolu

Jonathan David “Napoli”yə gedir?

Bakı, 26 may, Tsport.az

Fransa təmsilçisi “Lille”-nin parlayan hücumçusu Jonathan David karyerasını İtaliyada davam etdirə bilər.

Tsport.az xəbər verir ki, Kanadalı forvardla “Napoli” klubu yaxından maraqlanır. Tərəflər arasında danışıqların aktiv şəkildə davam etdiyi, İtaliya təmsilçisinin Davidə illik 6 milyon avro civarında maaş təklif etdiyi bildirilir.

David geridə qalan 2024/25 mövsümündə karyerasının ən yaxşı statistikalarından birinə imza atıb. O, “Lille” formasında 49 oyunda 25 qol vurub və 12 assist edib. Bu performans A Seriya klubunun diqqətindən yayınmayıb.

Transferin yay aylarında baş tutacağı gözlənilir.