Dünya Futbolu

Jonathan Tah “Manchester United”ə keçə bilər

Bakı, 2 may, Tsport.az

“Bayer Leverkusen” klubunun müdafiəçisi Jonathan Tah karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Tsport.az xəbər verir ki, 29 yaşlı alman müdafiəçi ilə “Manchester United” maraqlanır. Daha əvvəl Tah, mövsümün sonunda Leverkusen təmsilçisindən ayrılacağını açıqlamışdı.

O, bu mövsüm bütün turnirlərdə 46 oyuna çıxıb, 3 qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.