Jorge Jesus “Al-Hilal” ilə yollarını ayırdı
Bakı, 2 may, Tsport.az
Səudiyyə Ərəbistanının nəhəng klubu “Al-Hilal” baş məşqçisi Jorge Jesus ilə yollarını rəsmən ayırıb.
Tsport.az xəbər verir ki, Portuqaliyalı mütəxəssisin ayrılığı haqda məlumatı ilk olaraq “A Bola” nəşri yayıb. Bildirilir ki, klub rəhbərliyi bu qərarı Asiya Çempionlar Liqasının yarımfinalında baş verən uğursuzluqdan sonra verib. “Al-Hilal” rəqibi “Al-Ahli” qarşısında 1:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Jesusun rəhbərliyi altında “Al-Hilal” ötən mövsüm həm Səudiyyə Ərəbistanı Pro Liqasının çempionu olub, həm də ölkə kubokunu qazanıb. Cari mövsümdə isə komanda çempionatın turnir cədvəlində 2-ci yerdə qərarlaşıb.