Jorginho “Arsenal”dan ayrılır
Bakı, 23 aprel, Tsport.az
Londonun “Arsenal” klubu yay transfer dönəmində təcrübəli yarımmüdafiəçi Jorginho ilə yollarını ayırmağa qərar verib.
Tsport.az xəbər verir ki, 33 yaşlı futbolçu artıq klubun gələcək planlarında yer almır. Braziliyalı köklərə malik olan Jorginhoya “Flamengo” klubu maraq göstərir və tərəflər arasında ilkin danışıqlar müsbət nəticələnib.
Xatırladaq ki, Jorginho 2023-cü ilin yanvarında 11.3 milyon avro qarşılığında “Chelsea”dən “Arsenal”a transfer olunmuşdu. O, cari mövsümdə Premyer Liqada cəmi 14 oyun keçirib və start heyətində sabit yerini tuta bilməyib.
Təcrübəli yarımmüdafiəçinin Braziliya təmsilçisinə keçidi yaxın günlərdə rəsmiləşə bilər.