José Mourinho Portuqaliyaya qayıtmaq arzusunu dilə gətirdi
Bakı, 21 iyul , Tsport.az
“Fenerbahçe” klubunun baş məşqçisi José Mourinho gələcəklə bağlı planlarını açıqlayıb. Tanınmış mütəxəssis Portuqaliyada çalışmaq niyyətində olduğunu bildirib.
Tsport.az xəbər verir ki, Mourinho gələcəkdə mütləq Portuqaliyaya qayıdacağını vurğulayıb:
“Əlbəttə, bir gün Portuqaliyada işləyəcəyəm. Bu, karyeramın sonu ilə bağlı deyil. Ora ‘qızıl təqaüd’ üçün yox, zirvə formamda – fiziki və psixoloji baxımdan güclü şəkildə getmək istəyirəm. Mən mütləq qayıdacağam.”
Portuqaliyalı məşqçiyə “klub, yoxsa milli komanda?” sualı ünvanlanıb və cavabında “Hər biri olar” ifadəsini işlədib. Bu açıqlama onun gələcəkdə həm milli, həm də klub səviyyəsində fəaliyyətə açıq olduğunu göstərir.
Xatırladaq ki, 62 yaşlı Mourinho başa çatan mövsümdə “Fenerbahçe” ilə Türkiyə Superliqasını ikinci pillədə tamamlayıb.