Jose Mourinho, rəqib məşqçinin burnunu sıxdı!
Bakı, 3 aprel, Tsport.az
“Galatasaray”, Ziraat Türkiyə Kubokunun ¼ finalında “Fenerbahçe”-ni 2-1 məğlub edərək yarı finala yüksəlib.
Tsport.az xəbər verir ki, matçdan sonra Fenerbahçe (Fənərbaxça)-nin baş məşqçisi Jose Mourinhonun “Galatasaray”-ın baş məşqçisi Okan Buruka etdiyi fiziki müdaxilə böyük müzakirələrə səbəb olub.
Okan Buruk hakimləri təbrik etdikdən sonra Portuqaliyalı məşqçiyə qarşı etdiyi sözlər və hərəkətlərin ardından Mourinho, təhlükəsizlik tədbirləri almış polis mühafizəçilərinin arasından keçərək, Okan Burukun burnunu sıxıb. Sarı-qırmızı komandanın baş məşqçisi bu hərəkətdən sonra yerə yıxılıb. Matçın hakimi Cihan Aydın Mourinhoya bu hərəkətinə görə qırmızı kart göstərib.
Bu hadisə Avropa mətbuatında da geniş şəkildə işıqlandırılıb. “The Sun”, “Daily Mail”, “Marca” kimi nəşrlər, Mourinhonun hərəkətini manşetlərinə yansıdıblar.