Dünya Futbolu

Jose Mourinhonun “Benfica” ilə çətin anları

Bakı, 6 oktyabr, Tsport.az

“Fenerbahçe”dən ayrıldıqdan sonra “Benfica”nın başına keçən 62 yaşlı baş məşqçi Jose Mourinho, yeni komandasında hələ istənilən nəticələri əldə edə bilməyib.

Tsport.az xəbər verir ki,təcrübəli çalışdırıcı ilə qırmızı-ağlılar 5 matçdan yalnız 2 qələbə qazanıb.

Mourinho ilə ilk oyununda Benfica, son sıradakı AVSi səfərdə 3-0 məğlub edib. Daha sonra evdə Rio Ave ilə 1-1 bərabərlik qeydə alınıb, son dəqiqədə buraxılan qol komandaya baha başa gəlib.

Liqdə üçüncü qarşılaşmada isə Benfica, Gil Vicente qarşısında 0-1 geridə olmasına baxmayaraq, 2-1 hesabı ilə qalib gəlib. Son turda isə lider Porto səfərində golsüz bərabərliklə ayrılıb. Porto matçından sonra Mourinho açıqlayıb:

“Məğlub olmamaq daha vacib idi, ona görə risk etmədim.”

Qeyd edək ki, Benfica, Mourinho rəhbərliyində Chelseayə 1-0 uduzaraq Şampiyonlar Liqasına çıxsa da, İngiltərə klubuna qarşı uğursuz olub.

Portuqaliya Liqasında Benfica 18 xalla 3-cü sırada qərarlaşıb.