Dünya Futbolu

Jude Bellingham “Real”ın növbəti oyununu buraxa bilər

Bakı, 3 may, Tsport.az

“Real Madrid”in aparıcı yarımmüdafiəçisi Jude Bellingham La Liqanın 34-cü turunda “Celta Vigo” ilə keçiriləcək qarşılaşmada iştirak etməyə bilər.

Tsport.az xəbər verir ki, ingiltərəli futbolçu məşq zamanı zədələnib və bu səbəbdən sabah baş tutacaq oyunu buraxma ehtimalı var. Zədənin xarakteri və ciddi olub-olmaması ilə bağlı klubdan hələlik rəsmi açıqlama verilməyib.

Bu mövsüm Bellingham “Real Madrid”in heyətində bütün turnirlərdə 47 oyuna çıxaraq 13 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Real Madrid” – “Celta Vigo” qarşılaşması mayın 4-də, saat 16:00-da start götürəcək.