Dünya Futbolu

“Juventus”, futbolçusu ilə yeni müqavilə imzalamağa hazırlaşır

Bakı, 2 may, Tsport.az

“Juventus” , müdafiəçi Federico Gatti ilə müqavilə müddətini uzatmağa qərarlıdır.

Tsport.az xəbər verir ki, 26 yaşlı italyan futbolçu ilə imzalanacaq yeni müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulur. Gatti cari mövsümdə Turin klubunun heyətində 40 matçda iştirak edib, 1 qol vurub və 2 assistlə yadda qalıb.

Qattinin hazırda qüvvədə olan müqaviləsi 2028-ci ilə qədərdir.