“Juventus” Kenan Yıldızla yeni müqaviləyə yaxındır
Bakı, 4 sentyabr, Tsport.az
İtaliya nəhəngi “Juventus” gənc yarımmüdafiəçi Kenan Yıldızla anlaşmanı uzatmaq üzrədir.
Tsport.az xəbər verir ki, Turin klubu 20 yaşlı oyunçunu 2030-cu ilin yayınadək heyətində saxlamağı planlaşdırır.
Hazırkı müqavilə 2029-cu ilin yayında başa çatacaq. Həm klub, həm də futbolçu tərəfi danışıqları davam etdirməkdə maraqlıdır. Juventus daha əvvəl Chelsea-nin təklifini qəbul etməmişdi.
Xatırladaq ki, Yıldız 2024/2025 mövsümündə 52 oyuna çıxaraq 12 qol vurub və 9 asist edib. Transfermarkt gənc futbolçunun dəyərini 50 milyon avro olaraq göstərir.