“Juventus” Ueston Məkkenni ilə yeni müqavilə imzalamağa hazırlaşır
Bakı, 4 may, Tsport.az
İtaliyanın “Juventus” klubu yarımmüdafiəçi Weston McKennie ilə yeni uzunmüddətli müqavilə imzalamağa yaxındır.
Tsport.az xəbər verir ki, bu barədə məşhur transfer insayderi Fabrizio Romano öz “X” hesabında açıqlama verib. Yeni sözləşmə 2028-ci ilin ortalarına qədər nəzərdə tutulur. Hazırkı müqavilə isə 2025/2026 mövsümünün sonunda başa çatacaq.
26 yaşlı amerikalı futbolçu cari mövsümdə 40 matçda meydana çıxaraq 5 qol və 3 assist ilə yadda qalıb. Hazırda Juventus A Seriyasında 62 xalla dördüncü pillədə qərarlaşıb.