Dünya Futbolu

Juventus və Atalanta “Allianz Stadium”da bərabərə qaldı

Bakı, 28 sentyabr, Tsport.az

İtaliya A Seriyasının 5-ci turunda məğlubiyyətsiz irəliləyən “Juventus” və “Atalanta” üz-üzə gəlib.

Tsport.az xəbər verir ki,Turin şəhərindəki “Allianz Stadium”da keçirilən görüşün ilk hissəsi qonaqların üstünlüyü ilə yekunlaşıb. 45+1-ci dəqiqədə Kamaldeen Sulemana “Atalanta”nı önə çıxarıb– 0:1.

“Juventus” ikinci hissədə hesabı bərabərləşdirməyi bacarıb. 78-ci dəqiqədə Juan Cabal ev sahiblərinə bərabərlik gətirən qolu vurub– 1:1.

Qalan dəqiqələrdə “Juventus” üstün oynasa da, həlledici qolu tapa bilməyib və matç 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə “Juventus” xallarını 11-ə, “Atalanta” isə 9-a yüksəldib.