Dünya Futbolu

“Juventus” yeni səfər formasını təqdim etdi

Bakı, 13 iyun , Tsport.az 

İtaliyanın “Juventus” klubu 2025/2026 mövsümündə istifadə edəcəyi səfər formasını tanıdıb.

Tsport.az xəbər verir ki, forma mavi çalarlarda hazırlanıb və üzərində müxtəlif naxışlar yer alıb. Çiyin hissəsində sarı xətlər, boğaz nahiyəsində isə ağ detal diqqət çəkir. Formanın üzərindəki simvollar ağ rəngdə işlənib.

Yeni dizayn azarkeşlər tərəfindən maraqla qarşılanıb və klubun rəsmi mağazalarında satışa çıxarılıb.

Formanın fotolarını təqdim edirik: