Dünya Futbolu

“Juventus” 80 milyon avroya aldığı ulduzunu 18 milyona buraxmağa hazırlaşır

Bakı, 26 iyul , Tsport.az

Juventus”da gözləntiləri qarşılamayan Dusan Vlahoviç üçün “Milan” aşağı məbləğli bir təklif hazırlayır.

Tsport.az xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə, “Milan”klubu bu yay “Juventus”un serbiyalı hücumçusu Dusan Vlahoviçi heyətinə qatmaq istəyir. “Rossoneri”nin Vlahoviç üçün 18-20 milyon avro aralığında bir təkliflə “Juventus”un qapısını döyməyə hazırlaşdığı bildirilir. Xüsusilə də Jonathan Davidin Lille klubundan “Juventus”asərbəst transferlə keçməsi, serbiyalı forvetin klubdakı gələcəyini sual altına alıb.

25 yaşlı Vlahoviç 2022-ci ildə “Fiorentina”dan 70 milyon avro transfer haqqı və 10 milyon avro bonusla “Juventus”a keçmişdi. Lakin gözləntilərin xeyli altında qaldı. Serie A-da 104 oyunda 43 qol vuran Vlahoviç zaman-zaman zədələrlə mübarizə aparıb və Allegrinin planlarında arxa planda qalıb.

“Milan”rəhbərliyi Vlahoviçin durumunu yaxından izləyir və futbolçu “Juventus”dan ayrılsa, dərhal hərəkətə keçməyə hazırdır. Klub transfer dönəminin irəliləyən mərhələlərində qiymətin daha da düşəcəyini gözləyərək addımını gecikdirə bilər. Amma “Juventus”un bu ssenariyə isti baxmadığı qeyd olunur.

“Juventus” bu prosesi sürətləndirmək üçün futbolçunun meneceri Darko Ristiçlə görüş planlayır. Klubun ümumi meneceri Damien Comollinin də bu görüşdə iştirak edəcəyi bildirilir. Məqsəd həm futbolçunun, həm də klubun maraqlarını qoruyan bir həll yolu tapmaqdır.

Milanın marağı ciddi olsa da, təklifin “Juventus” tərəfindən qəbul ediləcəyi hələlik bəlli deyil. Amma serbiyalı forvetin karyerasında yeni bir səhifə açaraq San Siroya keçməsi sürpriz sayılmaya bilər.