“Juventus”da baş məşqçi dəyişikliyi?
Bakı, 22 mart, Tsport.az
İtaliyanın tanınmış mütəxəssisi Roberto Mancini “Juventus”un sükanı arxasına keçə bilər.
Tsport.az xəbər verir ki, Turin klubunun hazırkı baş məşqçisi Tiaqo Motta, A Seriyasının 30-cu turunda “Genoa” ilə oyundan sonra istefaya göndərilə bilər.
Mümkün dəyişikliklər içində əsas namizəd kimi göstərilən Mancini ilə ilkin olaraq 4 aylıq müqavilə nəzərdə tutulur. Əgər o, “Juventus”u Çempionlar Liqasına çıxara bilsə, müqaviləsi uzadılacaq və klubun klublararası dünya çempionatındakı çıxışında da baş məşqçi postunda qalacaq.
Hazırda “Qoca Sinyora” 52 xalla 5-ci pillədədir və ÇL zonasına daxil olmaq üçün 4-cü yerdən cəmi 1 xal geridədir. Mövsümün sonuna qədər komandanın göstərəcəyi performans baş məşqçi məsələsində həlledici olacaq.