Dünya Futbolu

“Juventus”dan gözlənilməz Kenan Yıldız qərarı! Gələcəyi Çempionlar Liqasından asılıdır.

Bakı, 14 aprel, Tsport.az

Bu mövsüm göstərdiyi performansla Avropanın nəhəng klublarını ardınca sürükləyən Kenan Yıldız üçün “Juventus” gözlənilməz qərar verib. Milli futbolçunun taleyi Çempionlar Liqasına bağlıdır…

Tsport.az xəbər verir ki , İtaliya A Seriyasında istədiyi kimi mövsüm keçirməyən “Juventus”da, Kenan Yıldızın parlaq çıxışı Avropa klublarının diqqətini çəkib.

“Manchester City”, “Manchester United “və “Chelsea”kimi klubların radarına düşən milli futbolçu ilə bağlı İtaliya mətbuatından sürpriz iddia irəli sürülüb.

ÇEMPİONLAR LİQASI OLMASA,GEDƏCƏK;

Football Italiada yer alan xəbərə görə, əgər “Juventus”Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Kenan Yıldızın satılması gündəmdədir.

La Gazzetta dello Sportun xəbərinə əsasən, “Juventus”Rasmus Højlund-u heyətinə qatmaq üçün maliyyə vəsaiti toplamaq niyyətindədir və bu məqsədlə Kenan Yıldızı göndərməyi planlaşdırır.

Bu mövsüm “Juventus” forması ilə 44 rəsmi oyuna çıxan Kenan Yıldız, 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Aytac Mustafayeva