“Kəpəz”in yay hazırlığı
Bakı, 22 iyun , Tsport.az
“Kəpəz” yay hazırlıqlarını ölkə daxilində keçirəcək. Baş məşqçi Adil Şükürovun verdiyi məlumata görə, komanda iyunun 30-da Gəncədə təlim-məşq toplanışına start verəcək.
Tsport.az xəbər verir ki, klubun Məşq Mərkəzindəki şəraitin yüksək səviyyədə olduğunu bildirən mütəxəssis, ilk mərhələnin 10 gün davam edəcəyini və ikitərəfli oyunla yekunlaşacağını qeyd edib.
Hazırlığın ikinci mərhələsində isə “Kəpəz” 5 yoxlama oyunu keçirməyi planlaşdırır. Bu qarşılaşmaların 16, 21, 26, 31 iyul və 5 avqust tarixlərində baş tutacağı gözlənilir. Rəqiblərin adları yaxın günlərdə açıqlanacaq.