Azərbaycan Futbolu

“Kəpəz” iki legioneri ilə müqaviləni uzatdı

Bakı, 29 iyun , Tsport.az 

Yeni mövsüm üçün transfer fəaliyyətini davam etdirən “Kəpəz” klubu Mahamadou BaPachu Lira ilə iki illik yeni müqavilə imzalayıb.

Tsport.az xəbər verir ki, klubun mətbuat xidmətindən bildirilib ki, hər iki futbolçunun komandada saxlanması heyətin sabitliyi və oyun keyfiyyəti baxımından önəm daşıyır.

Hücumçu Pachu Lira ötən mövsüm 27 oyunda 4 qol və 4 assistlə, yarımmüdafiəçi Mahamadou Ba isə 25 matçda 3 qolla yadda qalıb.

Qeyd edək ki, “Kəpəz” indiyə qədər hələ yeni transfer reallaşdırmasa da, Trent Buhagiar, Rati Ardashvili, Karim Lorucha, Yegor Khvalko, Diogo Verdasca, Rogerio Santos və Waldemar Almeida ilə yollarını ayırıb.