“Kəpəz” üç portuqaliyalı futbolçu ilə vidalaşdı
Bakı, 29 iyun , Tsport.az
Yeni mövsüm öncəsi heyətini yeniləyən “Kəpəz” klubu daha üç legioner futbolçusu ilə yollarını ayırıb.
Tsport.az xəbər verir ki, Diogo Verdasca, Rogério Santos və Waldemar Almeida (“Pana”) ilə imzalanmış müqavilələrin müddəti başa çatıb və yenilənməyib.
Ötən mövsüm Gəncə təmsilçisinin əsas heyətində yer alan futbolçulardan Verdasca 27 oyunda, Santos 31 qarşılaşmada, Almeida isə 29 matçda meydana çıxıb və 1 qol vurub.
Qeyd edək ki, “Kəpəz” bu yay baş məşqçi Azər Bağırov, həmçinin Trent Buhagiar, Rati Ardaşvili, Karim Lkoça və Yegor Khvalko ilə də yolları ayırıb. Klubda heyət dəyişikliyi davam edir və qarşıdan gələn günlərdə yeni transferlər gözlənilir.