Azərbaycan Futbolu

“Kəpəz” və “Qəbələ” üz-üzə gəlir

Bakı, 21 iyul , Tsport.az 

Bu gün “Qəbələ” və “Kəpəz” klubları yay hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Qarşılaşma Qəbələ Şəhər Stadionunda baş tutacaq və saat 18:00-da start götürəcək.

Tsport.az xəbər verir ki, “qırmızı-qaralar” yay toplanışı çərçivəsində 5 yoldaşlıq görüşü planlaşdırıb. Rəqiblərdən birinin “İmişli” olacağı artıq dəqiqləşib. Komanda ilk yoxlama oyununu “Şamaxı”ya qarşı keçirib və bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.

Gəncə təmsilçisi “Kəpəz” üçün bu matç yayın ilk sınağı olacaq. Onlar da hazırlıq dönəmində 5 qarşılaşma nəzərdə tutub. Növbəti görüşlərinin iyunun 26-da “Şamaxı”ya qarşı olacağı artıq məlumdur.