“Kəpəz”də növbəti ayrılıq
Bakı, 29 iyun , Tsport.az
Yeni mövsüm öncəsi heyətdə islahatlar aparan “Kəpəz” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Tsport.az xəbər verir ki, Tural Rzayevlə başa çatan müqavilə yenilənməyib.
“Sarı-göylər”in yetirməsi olan Rzayev 2015/16 mövsümündə komandada debüt edib. O, 6 mövsüm ərzində “Kəpəz” formasını 122 dəfə geyinib və bu müddətdə 1 qolun müəllifi olub.
Qeyd edək ki, klub bundan əvvəl artıq Trent Buhagiar, Rati Ardaşvili, Kərim Lkoça, Yeqor Xvalko, Diogo Verdaşka, Rojeiro Santos və Valdemar Almeyda ilə də yolları ayırıb.