“Kəpəz”dən möhtəşəm geri dönüş
Bakı, 4 may , Tsport.az
Misli Premyer Liqasının XXXIII turunda “Neftçi” doğma meydanda “Kəpəz“i qəbul edib.
Tsport.az xəbər verir ki , Rauf Cabbarovun idarə etdiyi matç 1-2 başa çatıb. Matçda ilk qolu Alex Fernandes vurub: 1-0. İlk hissə ev sahiblərinin 1-0 üstünlüyü ilə başa çatıb. İkinci hissədə Gəncə təmsilçisi Luis Paçunun 50-ci dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirib: 1-1. 62-ci dəqiqədə qonaqlar hesabda Camal Cəfərovun qolu ilə irəli keçib:1-2. 70-ci dəqiqədə Elvin Camalov qırmızı vərəqə alaraq meydanı tərk edərək, komandasınızı azlıqda buraxıb. 90-1-ci dəqiqədə Emin Mahmudovun penalti qolu ilə hesab bərabərləşdi:2-2. Matç 2-2 başa çatdı.
Qeyd edək ki, “Neftçi” 37 xalla 6-cı yerdə, “Kəpəz” 29 xalla 9-cu sırada qərarlaşıb.