Azərbaycan Futbolu

“Kəpəz”dən yeni transfer

Bakı, 5 iyul , Tsport.az 

Azərbaycan Premyer Liqası təmsilçisi “Kəpəz” yay transfer pəncərəsində ilk rəsmi keçidini həyata keçirib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Şakir Seyidov yenidən Gəncə təmsilçisinin heyətinə qoşulub və onunla iki illik müqavilə imzalanıb.

Tsport.az xəbər verir ki, 24 yaşlı müdafiəçi 2023/2024 mövsümündə də “Kəpəz”in formasını geyinmişdi. Həmin dövrdə o, “Sabah” klubundan icarə əsasında komandaya cəlb olunmuş və 28 oyunda 1 qol vurmuşdu. Bu dəfə isə transfer azad agent statusu ilə baş tutub.

Seyidov “Sabah” klubunun yetirməsidir və karyerası ərzində “Turan Tovuz”, “Dauqavpils” (Latviya) və “Kəpəz” kimi klublarda icarə əsasında çıxış edib. O, həmçinin Azərbaycanın U-17, U-19 və U-21 yığmalarının formasını geyinib, lakin əsas millidə debüt etməyib.