Azərbaycan FutboluDünya Futbolu

Kamal Umudlu UEFA Konfrans Liqasına təyinat alıb

Bakı, 22 iyul , Tsport.az 

FİFA referisi Kamal Umudlu UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu üçün təyinat alıb.

Tsport.az xəbər verir ki, o, “Iberia Tbilisi” (Gürcüstan) – “FC Levadia Tallinn” (Estoniya) qarşılaşmasına baş hakim təyin edilib.

Görüş iyulun 29-da Tbilisinin Mixail Meskhi adına Olimpiya Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Hakim briqadası:

  • Baş hakim: Kamal Umudlu
  • Hakim-köməkçilər: Namik Hüseynov, Vüsal Məmmədov
  • Dördüncü hakim: Tural Qurbanov