Kamal Umudlu UEFA Konfrans Liqasına təyinat alıb
Bakı, 22 iyul , Tsport.az
FİFA referisi Kamal Umudlu UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu üçün təyinat alıb.
Tsport.az xəbər verir ki, o, “Iberia Tbilisi” (Gürcüstan) – “FC Levadia Tallinn” (Estoniya) qarşılaşmasına baş hakim təyin edilib.
Görüş iyulun 29-da Tbilisinin Mixail Meskhi adına Olimpiya Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Hakim briqadası:
- Baş hakim: Kamal Umudlu
- Hakim-köməkçilər: Namik Hüseynov, Vüsal Məmmədov
- Dördüncü hakim: Tural Qurbanov