Kanada millisinin əsas oyunçusu zədələnib
Bakı, 24 mart, Tsport.az
“Bavariya”nın və Kanada millisinin müdafiəçisi Alphonso Davies Millətlər Liqası çərçivəsində ABŞ-a qarşı keçirilən matçda zədə alıb.
Tsport.az xəbər verir ki, futbolçu oyunun 12-ci dəqiqəsində məcburi əvəzlənib. Hələlik onun zədəsinin nə dərəcədə ciddi olduğu açıqlanmayıb.
Kanada millisi əsas oyunçusunu erkən itirməsinə baxmayaraq, ABŞ-ı 2:1 hesabı ilə məğlub etməyi bacarıb.