Kapitan Trimmel daha bir mövsüm komandada qalacaq
Bakı, 18 aprel, Tsport.az
Almaniyanın “Union Berlin” klubu kapitanı və əsas simalarından biri olan Christopher Trimmellə müqaviləni uzatdığını açıqlayıb.
Tsport.az xəbər verir ki, 38 yaşlı avstriyalı müdafiəçi ilə yeni sözləşmə 2025/26 mövsümünün sonuna qədər qüvvədə olacaq.
Trimmel 2014-cü ildən bəri klubun formasını geyinir və son illərdə həm liderliyi, həm də sabit performansı ilə komandanın əsas dayaqlarından birinə çevrilib. Cari mövsümdə o, 22 oyunda meydana çıxaraq kapitan sarğısını daşıyıb.