Digər

Karateçilər üçün psixoloji seminar keçirildi

Bakı, 6 iyun , Tsport.az 

Azərbaycan Karate Federasiyasının dəstəyi ilə idmançılar üçün “Yarış zehində qazanılır – Karate idman növünün psixoloji tələbləri” mövzusunda maarifləndirici seminar təşkil edilib.

Tsport.az xəbər verir ki, seminarın məqsədi milli komanda üzvlərinin zehni hazırlıq səviyyəsini artırmaq, psixoloji davamlılığı gücləndirmək və yarış strategiyalarında effektiv yanaşmaları təqdim etmək olub.

Təlim ABŞ Psixoloqlar Assosiasiyasının fərdi və idman psixoloqu Məmmədli Gülbəniz tərəfindən aparılıb. O, seminarın fərdi təşviqat əsasında keçirildiyini və rəsmi iş yerinin yalnız qeyd olunan klub olduğunu bildirib.

Sessiyada karate idman növünün psixoloji tələbləri, idmançının zehni inkişafının yarışlardakı uğuruna təsiri və idman psixologiyasının əsas texnikaları barədə geniş məlumat verilib. Tədbir interaktiv şəkildə təşkil olunaraq, real yarış təcrübələrindən nümunələrlə zənginləşdirilib.

Federasiya bu kimi maarifləndirici seminarların idmançıların zehni hazırlığını gücləndirdiyini və onların yarışlara psixoloji baxımdan daha yaxşı hazırlaşmasına kömək etdiyini vurğulayıb.