“Karvan” daha bir futbolçu ilə yollarını ayırdı
Bakı, 19 iyul , Tsport.az
Premyer Liqada yeni mövsümdən iştirak edəcək “Karvan” daha bir ayrılığı rəsmiləşdirib.
Tsport.az xəbər verir ki, yarımmüdafiəçi Roman Hüseynov ilə başa çatan müqavilə uzadılmayıb və tərəflər qarşılıqlı anlaşma əsasında yollarını ayırıblar.
Bu yay Yevlax təmsilçisi bir neçə futbolçu ilə vidalaşıb. Klub artıq aşağıdakı adlarla əməkdaşlığa son verib:
- Peyman Keşhavarzi
- İlham Hüseynov
- Məmməd Muradov
- Aref Muhammedalipour
- Begzod Khulikulov
- Emil Qasımov
- Ezekiel Morgan
- Bəhruz Teymurov
- İzzət Müştaqov
- Elvin İsmayılov
- Müşviq Teymurov