Azərbaycan Futbolu

“Karvan” Əli Abdullayevlə müqaviləni uzatdı

Bakı, 5 avqust, Tsport.az

Yevlax təmsilçisi “Karvan” müdafiəçi Əli Abdullayevlə yeni müqavilə bağlayıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 25 yaşlı futbolçu ilə 1 illik anlaşma əldə olunub.

Tsport.az xəbər verir ki, Əli Abdullayev ötən mövsüm “Karvan”ın heyətində 25 oyuna çıxıb.

Qeyd edək ki, klub bundan əvvəl Kamran İbrahimov, İbrahim Qədirzadə, Ceyhun Bağırzadə və Rəhman Şabanovla da müqaviləni yeniləyib.