“Karvan” İngiltərədən yeni transferini rəsmiləşdirdi
Bakı, 17 iyul, Tsport.az
“Karvan” heyətini gücləndirmək üçün növbəti futbolçu ilə anlaşmaya gəlib.
Tsport.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi Kyle Spence ilə 1 illik müqavilə imzalanıb.
28 yaşlı hücumameyilli oyunçu İngiltərənin tanınmış “Crystal Palace” klubunun akademiyasının yetirməsidir. Spence son olaraq Şimali İrlandiyanın “Coleraine” komandasında çıxış edib. O, bu klubun heyətində 134 oyun keçirərək 17 qol və 6 assist ilə yadda qalıb.
Qeyd edək ki, “Karvan” FK daha əvvəl Eltun Turabov (Turan Tovuz), Süleyman Əhmədov (Səbail), David Oliveira Silva və Araz Abdullayev (Qaradağ-Lökbatan) kimi futbolçuları da transfer edib.