Azərbaycan Futbolu

“Karvan”da rəhbərlik dəyişikliyi

Bakı, 16 iyul, Tsport.az

Misli Premyer Liqasında təmsil olunan “Karvan” rəhbər heyətində yeniliklər baş verib.

Tsport.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata əsasən, son üç mövsümdə komandanın baş məşqçisi olmuş Kənan Kərimov yeni mövsümdən etibarən vitse-prezident vəzifəsini icra edəcək.

Təcrübəli futbol mütəxəssisinin klubdakı rolu bu dəyişikliklə daha geniş səlahiyyətlərə malik olub.

Xatırladaq ki, Yevlax təmsilçisi yaxın günlərdə baş məşqçi postuna Azər Həşimovun gətirildiyini açıqlamışdı.