“Karvan”da yeni baş məşqçi
Bakı, 16 iyul, Tsport.az
Misli Premyer Liqasının növbəti mövsümündə çıxış edəcək “Karvan” baş məşqçi postunda dəyişiklik edib.
Tsport.az xəbər verir ki, komandanı bundan sonra Azər Həşimov çalışdıracaq. Təcrübəli mütəxəssis məşqçilər korpusunu da formalaşdırıb.
Baş məşqçi Həşimovun yanında aşağıdakı adlar yer alacaq:
- Zaur Hacıyev – köməkçi məşqçi
- Hüseyn Məhəmmədov – qapıçı məşqçisi
Azər Həşimov futbolçu karyerası dövründə də “Karvan”ın formasını geyinmiş və klubun tarixində iz qoymuş isimlərdən olub. Onun son baş məşqçi kimi çalışdığı klub isə “Qaradağ Lökbatan” idi.
Xatırladaq ki, “Karvan”ın ötən mövsümdə baş məşqçisi Kənan Kərimov olmuşdu.